Konyada 16 yaşlı Çağan Hasırcı iki mobil telefon müqabilində anasının avtomobilini satıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Beyşehir rayonunda Çağan Hasırcı anası Selda Hasırcıya telefon almaq istədiyini deyib.

Daha sonra Hasırcı telefon satışı ilə məşğul olan Özgür Sarnıçın iş yerinə gedərək, bəyəndiyi, ümumi dəyəri 225 min lirə olan 2 ədəd son model cib telefonunu almaq istədiyini bildirib.

Hasırcı Sarnıçla razılaşıb ki, o, anasına qeydiyyatda olan yüngül ticari avtomobili iki telefon danışığına dəyişdirərək ala bilər. Və oğlan bu arzusunu gerçəkləşdirib. Onun bu addımı Türkiyə mediasının diqqətini çəkib.