Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.