Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Samir Məmmədova hökm oxunub.

"Unikal"ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Samir Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Nəsimi rayou "Şamaxinka" deyilən ərazidə qeydə alınıb.

Belə ki, istintaqla müəyyən edilib ki, Samir Məmmədov həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan şəxsə yaxınlaşaraq əvvəlcə Binəqədi rayonu Xocahəsən qəsəbəsinə daha sonra isə Qubaya aparması ilə bağlı razılaşma olub.

Lakin Xocahəsən qəsəbəsinə getdiyi ünvanda avtomobildən enərək əlindəki silah qismində əşyadan istifadə edərək zərərçəkmiş Rəhim İsmayılovun bel nahiyəsinə sıxaraq hədə gəlib və onun 1384 manat pulnu alaraq quldurluq edib.

Samir Məmmədova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli