İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün gələn həftə Bakıya səfər edəcək.
"Unikal" xəbər verir ki, bunu İRNA-ya müsahibəsində İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həbibullah Abbasi deyib.
*** 18:23
İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə APA İranın Bakıdakı səfirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.