Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi İsmayıl Kərimlini şəhadətinin ildönümündə yad edib.
"Unikal" xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH aparatının əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
İsmayıl Kərimlini 10 oktyabr 1997-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 157 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Su Təsərrüfatı və MKS" ixtisası üzrə ali təhsil almışdır.Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xıdmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 3-də şəhidlik zirvəsinə ucalmışdır.Kərimli İsmayıl Ceyhun oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra"Vətən uğrunda" medalı, “Hərbi xidmətlərə görə” medalı və "Şuşanın azad olunmasına uğrunda" medalı ilə təltif edilmişdir.