İspaniyanın hava limanının operatoru (Aena) Barselona-El Prat Beynəlxalq Hava Limanında 50-yə yaxın reysin ləğv edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə şirkət "X" hesabında məlumat verib.

"Hazırda ləğv edilmiş 50 reys var", - məlumatda deyilir.

Operator pis hava şəraitinin nəticələrinə nəzarət etmək üçün böhran komitəsinin yaradılması barədə də əlavə edib. Hazırda 17 təyyarənin başqa hava limanlarına yönləndirildiyi məlumdur.