Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqəsi
01:40 07-07-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqəsi
Buna görə onun seçkilərdə uğur qazanması mümkün deyil
Prezidentliyə müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyovla bağlı maraqlı məlumatlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Rüstəm İbrahimbəyov yaradıcılığını faktiki erməni həmkarları ilə birgə qurub. Yəni elə işi yoxdur ki, orda ermənilərdən istifadə edilməsin.
Məsələn sovetlər dövründə onun çəkdiyi, özüdə ermənilərlə birgə çəkdiyi filmlərə baxaq. 1969-cu ildə çəkilən “Çekist haqqında povest” (Ssenari – İbrahimbəyov, rejissor – Stepan Puçinyan), 1979-cu ildə çəkilən “Sevginin tən yarısı” (Ssenari – İbrahimbəyov, rejissor –Sergey Mikaelyan), 1986-cı ildə çəkilən “Qoru məni, talismanım” (Ssenari – İbrahimbəyov, rejissor – Roman Balayan), 1987-ci ildə çəkilən “Filer” (Ssenari – İbrahimbəyov, rejissor – Roman Balayan) filmləri daxildir. Amma SSRİ dağılandan sonra da Rüstəm İbrahimbəyov həm ssenarist, həm rejissor, həm də prodüser kimi ermənilərlə sıx əməkdaşlıq edib. 2004-cü ildə rejissor Roman Balayan İbrahimbəyovun ssenarisi əsasında “İşıqlı gecə” filmini çəkib. 2008-ci ildə yenə də Roman Balayan İbrahimbəyovun “Cənnət quşları” ssenarisini ekranlaşdırıb.Ümumiyyətlə, Roman Balayanla Rüstəm İbrahimbəyovun münasibətlərindən bir qədər geniş danışmaq lazımdır.Roman Qurgenoviç Balayan 1941-ci ildə Ağdərə rayonunda anadan olub. “Daşnaksütun” Partiyasının üzvüdür. Qohumları indi də Azərbaycanın işğal olunmuş ərazilərində yaşayır.
Müsahibələrində həmişə Qarabağa müstəqillik verilməsinin tərəfdarı kimi çıxış edir. Məsələn, 2011-ci ildə “Regnum” agentliyinə verdiyi müsahibədə o, deyirdi: “Azərbaycan yüksək muxtariyyat deyəndə ancaq ərazini nəzərdə tutur, erməni əhalisini düşünmür. Parlaq misal – Naxçıvan Muxtar Respublikasıdır”.
Bundan sonra elə həmin müsahibədə Balayanın İbrahimbəyov haqqında dediyi fikirləri xüsusilə maraq doğurur:
- Hə, biz artıq bir neçə onillikdir ki, birgə çalışırıq. Və bu, normaldır. O, azərbaycanlıları tənqid edir, mənsə erməniləri. Daha doğrusu, erməni hökumətini. Rüstəm İbrahimbəyov kimi adamlar nə qədər çox olsa, normal qərarın qəbul olunması şansı da bir o qədər yüksək olar.
Xüsusi izah etməyə ehtiyac yoxdur ki, Qarabağın müstəqilliyini istəyən adam “normal qərar” deyəndə nəyi nəzərdə tuta bilər.
“Mən Tbilisini və Bakını sevirəm. Çünki onları da ermənilər tikib” – bu sözləri isə Roman Balayan yerkramas.org saytına müsahibəsində demişdi. Və buradan onun şovinist erməni təfəkkürünə malik olduğu anlaşılır.
Bundan başqa aydın olub ki, 2011-ci ildə isə İbrahimbəyovun şirkəti erməni rejissor Stepan Puçinyanın çəkdiyi “Qızıl balıq N şəhərində” filminə prodüserlik edib. Bu filmdə də Xaratyan və Ciqarxanyan kimi erməni aktyorları yer alırlar.Maraqlıdır, Rüstəm İbrahimbəyovun ermənilərlə belə sıx əməkdaşlığı onun seçkilərdə iştirakına necə təsir edə bilər? Ekspertlər bildirir ki, Ermənistanda olduğu kimi Azərbaycanda da ermənilərə qarşı bir aqressiya var və ermənilərə dəstək olmaq sadəcə mümkünsüzdür. Necə ki, bir müddət öncə Əkrəm Əylisli belə addım atdı və nəticədə həyatı belə riskə düşmüşdü.Bu nümunəni nəzərə alsaq onda aydın olar ki, ermənilərə rəğbəti olan bir şəxsin prezident seçilməsi sadəcə olaraq mümkünsüzdür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53