Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, partiya fəalları, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin kollektivi və rayonun Rus İcmasının nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Pirallahı qəsəbəsinin girişində və C.Cabbarlı küçəsində, habelə Gürgan qəsəbəsində müxtəlif növ 300 ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.