Urmiya şəhərinin inqilab məhkəməsi dörd İran vətəndaşını İsrailin xarici kəşfiyyat xidməti "Mossad" ilə əməkdaşlıq etdikləri üçün ölüm cəzasına məhkum edib.

"Unikal" İrna agentliyinə istinadən xəbər verir ki, məhkum edilənlərdən üçünün "İranın nüvə proqramının atası" adlandırılan nüvə fiziki Möhsün Fəxrizadənin qətlində əli olduğu iddia edilir.

Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Abasarda (Tehranın ətrafı) öldürülüb. Hücumdan sonra xəstəxanaya çatdırılan Fəxrizadə az sonra orada dünyasını dəyişib.