"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni zədələnib.
"Unikal" xəbər verir ki, məlumatı "Kral klubu"nun mətbuat xidməti yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Milan"a qarşı ev oyununun fasiləsində əvəzlənən Orelyenin sıraya nə vaxt dönəcəyi açıqlanmayıb.
İspaniya mətbuatı isə 24 yaşlı futbolçunun 1 ay yaşıl meydanlardan kənar qalacağını vurğulayıb.