Avazın yaxşı gəlir, oxuduğun Quran olsa...
01:42 07-07-2013
İQTİSADİYYAT
Avazın yaxşı gəlir,
oxuduğun Quran olsa...
Milli Şura hələ yaranmamışdan ona son 20 ildə Azərbaycan müxalifətinin "ən böyük birliyi", "ən böyük bloku" və s. bu kimi təmtəraqlı adlar qoydular. Lakin proseslərdən göründüyü kimi bütün bu iddialar heç də həqiqətəuyğun deyil. Bu zaman "Milli Şura müxalifətin neçə faizini birləşdirir?", "Doğrudanmı Milli Şurada təmsil olunanlar Azərbaycan müxalifətinin əsas elitasını təşkil edirlər?", "Milli Şura indiyə qədər müxalifət düşərgəsində yaranan birliklərdən hansı üstünlükləri ilə fərqlənir?" kimi suallar meydana çıxır.
Hətta Azərbaycan müxalifətinin bir sıra tanınmış simaları da bu fikirdədirlər ki, Milli Şuranın təcrübəsi Azərbaycan müxalifətinin bundan əvvəlki təcrübəsindən bir addım da qabağa getməyib. Yəni çox da uzağa getmək lazım deyil, diqqət yetirsək, görərik ki, Milli Şuranın tərkibi, konfiqurasiyası elə İctimai Palatanın modelidir. Siyasi partiyalar, QHT-lər və ayrı-ayrı fərdlər bundan qabaq İctimai Palatada da təmsil olunurdular.
Digər tərəfdən isə Azərbaycanın müxalifət düşərgəsində Milli Şuraya qoşulmağı məqbul saymayan və seçkilərə öz namizədləri ilə gedəcəklərini bəyan edən bir sıra siyasi partiyalar və birliklər də mövcuddur. Məlum olduğu kimi, artıq bir neçə siyasi partiya da öz namizədlərini müəyyən edib, digərlərində isə bu proses davam edir.
Yəni belə qənaətə gəlmək olar ki, Milli Şura Azərbaycan müxalifətinin sadəcə olaraq hansısa bir faizini özündə birləşdirir. Belə olan halda isə Milli Şura nə haqla Azərbaycan bütöv müxalifəti adından çıxış edə bilər?
Diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, Milli Şura ideyası ortaya çıxandan onun reallaşması istiqamətində aparılan işlər bir çox narazılıqlar, fikir ayrılıqları ilə müşahidə olunub, yəni bütün qərarlar çox çətinliklə, hətta Milli Şura iştirakçılarının bir hissəsinin razılığı olmadan qəbul edilib.
Bu məqam isə Milli Şura yığıncaqlarının tam tərkibdə keçirilməməsi ilə öz təsdiqini tapır. Misal üçün, elə Milli Şuranın təsis yığıncağında onun üzvlərinin təxminən 25 faizi iştirak etmirdi. Milli Şuranın mahiyyətini təşkil edən vahid namizədin müəyyən edilməsi ilə bağlı keçirilən yığıncaqda isə üzvlərin təqribən 35 faizi iştirak etmirdi.
Bunu necə anlamaq olarr? Guya özlərini Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, milli maraqlarının təəsübkeşçiləri adlandıranların bir hissəsi nədən ən vacib hesab olunan yığıncaqlarda iştirak etmirlər?
Bu onun nəticəsidir ki, Milli Şuranın üzvləri arasında Rüstəm İbrahimbəyovun vahid namizədliyinin əleyhinə çıxış etmiş adamlar, həmçinin rəsmi şəkildə Milli Şuradan iştirakdan imtina etmiş şəxslər var.
Ümumilikdə isə Milli Şuranın tərkibi daim bir-biriləri ilə yola getməyən şəxslərdən ibarətdir. Yenə də Azərbaycan müxalifətinin tanınmış simalarının fikirlərinə istinad etsək, deyə bilərik ki, Milli Şuranın tərkibi ideoloji cəhətdən bir-birlərinə uyuşmazların qarışığıdır. Yəni Milli Şura Rusiyapərəst, İranpərəst və digər Azərbaycan üçün heç də yaxşı vədlər verməyən qüvvələrdən ibarətdir ki, bu da Milli Şuranın Azərbaycan xalqı üçün yaxşı nəsə edəcəyini mümkünsüz edir.
Ümumilikdə Milli Şura ilə bağlı ən başdan bir çox qaranlıq məqamlar olub və bu gün də var. Bu baxımdan, təşkilatın nə istədiyini bir neçə nəfərdən başqa hələ heç kim dəqiq bilmir.
İsa Qəmbərin Rüstəm İbrahimbəyovun qayıtmaq vədinə ironik və şübhəli yanaşması, özünün prezidentliyə namizədliyi ilə bağlı partiyasının qərarını təkrar səsləndirməsi təsadüfi olmaya bilər. Müsavat başqanının prosesdən tam məmnun qalmaması onun sabah başqa qərar verəcəyinə işarə ola bilər. Yəni Rüstəm İbrahimbəyovun qayıtmaq vədləri yalan olsa, onda İsa Qəmbər alternativ namizədliyini ortalığa atacaq.
Əslində proseslərin gedişatı onu proqnozlaşdırmağa imkan verir ki, Milli Şurada çox sürprizlər olacaq. Belə yerdə bir atalar sözü yerinə düşür: "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa!" Məncə, bu atalar sözünü Rüstəm İbrahimbəyova şamil etmək mümkündür. Onun mətbuata verdiyi son müsahibəsindən də aydın olur ki, hələ özü heç Azərbaycana gələcəyini dəqiq bilmir. Sözlərində şübhəli məqamlar çoxdur.
Elçin Mehdiyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17