Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 38 yaşlı Y.Mirəliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov