Ölkənin birinci bankı "Kapital Bank"ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı “Depozit lotereyası” yekunlaşıb.

"Unikal" xəbər verir ki, 7 noyabr 2024-cü il tarixində keçirilən final tirajında 50 000 AZN pul mükafatının qalibi məlum olub. Eyni zamanda 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunub. Bununla da lotereya çərçivəsində ümumilikdə 100 müştəri maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi əldə edib. Bu isə illik ikiqat gəlir deməkdir.

Xatırladaq ki, lotereyada faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər iştirak edirdilər. Filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit sahibinə 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans qazandırırdı.  

Qaliblərin siyahısı: https://kbl.az/dlf

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.