Cəlilabad rayonunda qanunsuz ağaclar kəsilib.
"Unikal"ın məlumatına görə, aidiyyəti qurumlar tərəfindən şəhər ərazisinə baxış keçirilən zaman Qurtuluş prospekti Ələt-Astara magistral yolunun kənarında, avtomobillərə texniki xidmət sexlərinin qarşısında qanunsuz olaraq ağac kəsmə halı müşahidə olunub.
Sözügedən əraziyə Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, bələdiyyənin, rayon polis şöbəsinin və 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış keçirilən zaman 9 ədəd ağacın kəsilərək ərazidən aparıldığı məlum olub.
Qeydə alınmış qanunsuz ağac kəsmə halı ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.
Xəlil Əliyev