Viktoriya və Devid Bekhemin qızı Harper makiyajına görə tənqid edilib.
"Unikal" xəbər verir ki, Viktoriya qızının fotolarını sosial şəbəkədə paylaşıb.
13 yaşlı Harper hotel otağında hamam xalatında ənlik, qələm və dodaq boyası çəkib. Lakin izləyicilər Harperin imicini bəyənməyib və onu tənqid ediblər.
“Kosmetikaya aludə olub”, “30 yaşlı qadına bənzəyir”, “Dəhşətli görüntü”, “Ona niyə belə makiyaj etmək qadağan olunmayıb” deyə şərhlər yazılıb.