Türkiyənin "Qalatasaray" komandasımın heyətində ciddi itki baş verib.

"Unikal" xəbər verir ki, hücumçu Mauro İkardi sıradan çıxıb.

Argentinalı futbolçu Avropa Liqası Liqa mərhələsinin 4-cü turunun "Tottenhem"lə matçında (3:2) ağır zədə alıb.

İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 32 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.