Noyabrın 8-də Lənkəranda “Zəfər Günü” ilə bağlı silsilə tədbirlərin yekunu kimi axşam saatlarında Heydər Əliyev Parkında açıq havada tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə “Yaşa Vətən, çox yaşa, Yaraşır Zəfər sənə” adlı konsert proqramı təşkil olunub.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri qatılıblar.

Konsert proqramında tanınmış müğənnilər Cavad Rəcəbov, Rübail Əzimov,  Aynur Dadaşova, Elvin Abdullayev, Əlyar Hüseynov,  eləcə də C. Cabbarlı adına Lənkəran şəhər Müsiqi məktəbinin müəllim və şağirdləri,  Nənələr Folklor Rəqs qrupu və Cənub Qızlar ansamblı çıxış ediblər. Konsert atəşfəşanlıqla başa çatıb.