Filippinin Paranyake şəhərində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan "Miss Earth" müsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi başa çatıb.

"Unikal" xəbər verir ki, bu il müsabiqədə 76 ölkədən qızlar iştirak edib.

21 yaşlı Cessika Leyn "Miss Earth" müsabiqəsi tarixində birinci yeri tutan ilk avstraliyalı olub. O jurnalistika üzrə təhsil alan tələbədir. 

Ənənəyə görə, finalda hər biri elementlərdən birini təmsil edən dörd qalib seçilir. Ən prestijli titul "Miss Earth", "Miss Air", "Miss Fire" və "Miss Water" verilir.

"Miss Water" titulu ABŞ, "Miss Air" İslandiya, "Miss Fire" titulu Peru iştirakçısına verilib.