Həbsdə olan Famil Xəlilov 88 günlük aclıq aksiyasından sonra aclığı dayandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. 

Xəbəri Penitensiar Xidmətdən saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, F. Xəlilov avqustun 15-dən aclığa başlamışdı.

Qeyd edək ki, mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Ramil Zeynallı