Moskvanın Basmannı Məhkəməsi əvvəllər Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi r Valeri Gerasimovun həbsinə order vermiş Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Haykel Ben Mahfudu qiyabi həbs edib.  

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Mahfud Rusiya Federasiyası Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən həbs edilib.

Bu maddə ilə cəza dörd ilədək müddətə məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

BCM iyunun sonunda Şoyqu və Gerasimov haqqında həbs qərarı verib. Hər ikisi Ukraynaya hücumları idarə etməkdə günahlandırılıb.