Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Baş naziri Keir Starmerlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Qeyd edilib ki, görüş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində baş tutub.