Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldu daha bir mükafat alıb.
"Unikal" Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, o, futbolda qazandığı uğurlara görə "Quinas de Platina" mükafatına layiq görülüb.
39 yaşlı hücumçu aldığı mükafatla bağlı təəssüratlarını bölüşüb:
"Mən bu mükafatı son nöqtə yox, əksinə, başlanğıc kimi qəbul edirəm. 18 yaşımda milliyə qoşulanda arzum ilk oyunumu keçirmək idi. Sonra 25, 50-yə çatdım, bəs niyə 100 olmasın? Əvvəl iki, daha sonra üç rəqəm və 150, 200 oyun haqqında düşünməyə başladım. Bu, qürur hissidir".
Qeyd edək ki, Ronaldu Portuqaliya millisində meydana çıxdığı 216 oyunda 133 qol vurub.