Bu ilin iyun ayında "Qalatasaray"dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub.
"Unikal" xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək. O, yüksək liqa təmsilçisi "Sparta Rotterdam"la 1+1 illik müqavilə imzalayıb. Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.