COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin “Qırğızıstan Milli elektrik şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekovla görüşü olub.

“Unikal” xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan enerji sistemləri arasında əməkdaşlıq perspektivləri, yeni texnologiyaların istismarı və bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası təcrübəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.