Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri Denni Cordan korrupsiyaya görə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, 73 yaşlı Cordan maliyyə cinayətləri və 1,3 milyon rand (72 min dollar) məbləğində dələduzluqda ittiham olunub.
Xüsusi epizodlara onun öz təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik şirkəti, həmçinin federasiyanın direktorlar şurasından yan keçərək ictimaiyyətlə əlaqələr şirkəti ilə müqavilə bağlaması daxildir.
Noyabrın 13-də assosiasiyanın maliyyə direktoru və adıçəkilən ictimaiyyətlə əlaqələr şirkətinin rəhbəri də saxlanılıb. Qısa məhkəmə iclasından sonra onların hər üçü zaminə buraxılıb.