Varşava Şimali Atlantika Alyansından Polşa səmasının qorunması üçün zəmanət almadan vəd edilmiş MiQ-29 qırıcılarını Kiyevə ötürməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Polşanın mütləq zəmanəti olmayana qədər hakimiyyət təyyarələri Ukraynaya ötürə bilməyəcək, çünki ölkəyə təhlükəsizliyi təmin etmək üçün lazımdır.
Ağarza Elçinoğlu