AXCP və Müsavatın vahid namizəd savaşı
19:23 10-07-2013
İQTİSADİYYAT
AXCP və Müsavatın vahid namizəd savaşı
Artıq pik nöqtəyə az qalıb
Artıq bir neçə gündür ki, AXCP ilə Müsavat arasında istər mətbu orqanlarda, istərsə də sosial şəbəkələrdə bir gərginlik yaşanır. Belə bir rəy ortaya çıxır ki, AXCP bütün gücünü səfərbər edib ki, Rüstəm İbrahimbəyov gələnə qədər İsa Qəmbərin namizədliyinin geri götürülməsinə çalışırlar. Əslində ekspertlər düşünür ki, həqiqətən də belə məqsəd var və bunun ciddi səbəbidə ortadadır.
Belə ki, Rüstəm İbrahimbəyovun qeydiyyatdan keçməməsi reallığı ortaya çıxıb. Müsavatdan fərqli olaraq digər qüvvələr çalışır ki, qeydiyyatdan keçmə olmazsa bütün beynəlxalq gücləri səfərbər edərək Azərbaycan hakimiyyətinə təzyiq etdirsinlər. Hətta bu yolla seçkilərin vaxtınıda dəyişsinlər. Müsavat partiyası isə hesab edir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydiyyatdan keçməzsə dərhal başqa namizəd gündəmə gətirilməlidir və bu namizəd İsa Qəmbərdir. AXCP isə bununla heç bir halda razılaşmayacaq. Elə ekspert rəyləri də bunu təsdiqləyir."Rüstəm İbrahimbəyovdan başqa namizədin irəli sürülməsi AXCP-də müsbət qarşılanmayacaq. Əgər onun namizədliyi qeydə alınmazsa, AXCP yalnız Əli Kərimlinin prezident seçkilərinə qatılmasının tərəfdarı olacaq". AXCP sədrinin müavini Asəf Quliyev "Facebook"da paylaşdığı statusda belə deyib. Qeyd edək ki, Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin namizədliyi ilə bağlı qərarın qüvvədə qaldığını bildirib.
Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hesab edir ki, İsa Qəmbərə qarşı oynanılan oyunun arxasında Əli Kərimli və Eldar Namazov dueti dayanır: "Kərimli və Namazovun haraya bağlılığı da məlumdur. AXCP İsa Qəmbərə nifrət edir. Bu günə qədər AXCP İsa Qəmbərə qarşı "anti-virus proqramı" tapa bilməmişdi, başqanı heç cür zərərsizləşdirə bilmirdi. Ona görə də indiki məqamda AXCP Müsavata qarşı müəyyən gedişlərdən istifadə edərək seçkiqabağı zərərsizləşdirmək istəyir. Lakin AXCP-in əl atdığı bütün yollar o qədər də effekt vermir. Rüstəm İbrahimbəyovun ermənilər haqqında son açıqlamaları AXCP və Müsavatı pis vəziyyətə saldı. Bu müstəvidə müxalifətdə yaranmış çaşqınlıqdan istifadə edən Müsavat öz iddiasını ortaya qoyur. AXCP də görür ki, heç cürə Müsavatı zərərsizləşdirə bilmir, sosial şəbəkələrdən hücuma keçir. Bir azdan sonra Əli Kərimli İsa Qəmbəri müəyyən qüvvələrə xidmət etməkdə ittiham edəcək. Xalq Cəbhəsinin funksionerləri və sədri çalışacaqlar ki, Müsavatı həmin qüvvələrə bağlasınlar. Digər tərəfdən İsa Qəmbərin namizədliyinin irəli sürülməsi Qərbin Azərbaycandakı planlarını pozur. Çünki Azərbaycanla bağlı pərdəarxası oyunlar səhnələşdirilir. Həmin oyunların gizli qalan məqamları bir aya ortaya çıxacaq. Prezidentliyə namizədlərin adları bəlli olandan sonra şübhəli suallara aydınlıq gətiriləcək.
Müsavat AXCP-ni bütün parametrlərdə üstələdiyinə görə Əli Kərimli onu həzm edə bilmir. Müxalifət daxilində olan gərginliyin də arxasında Əli Kərimli dayanır. Mətbuatda Müsavat əleyhinə gedən informasiyalar Əli Kərimlinin xüsusi dəstəsi tərəfindən dəstəklənir. Həmin dəstə sosial şəbəkələrdə və mətbuatda Müsavata qarşı "söyüş kompaniyası" aparırlar. Dəstə üzvlərinin əksəriyyəti heç biri öz adlarından çıxış etmirlər, saxta profillərdən istifadə edirlər. Əli Kərimli olmayan yerdən özünü müxalifətin lideri kimi görür. AXCP sədri eyforiyada yaşayır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20