İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində 5 medal qazanıblar.

"Unikal" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Miryusif Əhmədzadə (gimnastika atı), Nikita Simonov (halqa) və Aydın Əlizadə (halqa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Əlizadə həmçinin gimnastika atı ilə hərəkətdə gümüş medalı hesabına yazdırıb. Eyni hərəkətin icrasında Tixonov bürünc medalla kifayətlənib.