58 yaşlı amerikalı əfsanəvi boksçu Mayk Tayson bu gün 27 yaşlı şoumen və bloger Ceyk Polla rinqdə məğlub olmasına baxmayaraq, karyerasını davam etdirməyə hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Vəziyyətdən asılıdır. Düşünmürəm ki, bu mənim son döyüşümdür", - Tayson bildirib.
O, döyüş üçün xoşbəxt olduğunu və nəticənin onu təəccübləndirmədiyini deyib: "Çünki Paul yaxşı döyüşçüdür".
Ağarza Elçinoğlu