ABŞ-dan sonra Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.
"Unikal" xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.
Qeyd edək ki, az əvvəl ABŞ prezidenti Co Baydenin də anoloji olaraq Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli ATACMS tipli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verdiyi ilə bağlı məlumat yayılmışdı.
SCALP/“Storm Shadow” raketlərinin uçuş məsafəsi ABŞ-ın ATACMS raketlərindən də uzundur. Raketlərin ixrac versiyasının uçuş məsafəsi 290 km, adi versiyaların uçuş məsafəsi isə 560 km-dir.
Qeyd edək ki, əvvəllər Britaniya və Fransanın bu raketləri Ukraynaya ötürdüyü haqda məlumat yayılsa da tam olaraq hansı versiya raketlərin göndərildiyinə dair məlumat verilməmişdi.