Rusiyalı reper "Kay Angel" ABŞ-də saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, musiqiçi başqa sənətçi yoldaşı ilə klip çəkdirərkən saxlanılıb.

“Dmitri Itskov və Sergey Dmitriev Los-Ancelesdə yeni musiqi layihəsi üzərində işləyirdilər. Çəkilişdə klassik hip-hop estetikası var: avtomobillər, silahlar”, - mesajda deyilir.

İddialara görə, reperlər ictimai asayişi pozmaqda və potensial təhlükəli davranışda ittiham olunublar.