Fransa prezidenti Emmanuel Makron Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G-20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

"Makron G-20 sammitində Lavrovu tapıb və onun əlini sıxıb", - məlumatda deyilir. 

Bir gün əvvəl G20 sammitində iştirak edən ölkələrin liderləri yekun bəyannaməni qəbul ediblər. Orada deyilir ki, dövlətlərin nümayəndələri böyük qlobal çağırışlara və böhranlara cavab vermək və güclü, davamlı, balanslaşdırılmış və inklüziv inkişafı təşviq etmək üçün bir araya gəliblər.

G20 sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda keçirilir. 

Ağarza Elçinoğlu