Milli Şurada Rusiyapərəstlərə qarşı basqı
07:59 11-07-2013
İQTİSADİYYAT
Milli Şurada
Rusiyapərəstlərə qarşı basqı
Müsavat artıq rəsmi Kremldən imtina edir
Milli Şurada gərginlik get-gedə artır. Artıq AXCP-Müsavat qarşıdurmasını dayandırmaq mümkün deyil. Belə ki, Milli Şuranın son iclasında aydın oldu ki, AXCP və Müsavat fərqli siyasət yürüdür və çalışılır ki, Milli Şurada komitə sədrlərində üstünlüyü əldə etsinlər.
Leyla Yunusla Novella Cəfəroğlu üzərində başlayan qalmaqalda bunun tərkib hissəsidir. Ekspertlər hesab edir ki, Milli Şurada üstünlüyü ələ almaq uğrunda gedən savaş isə yalnız və yalnız vahid namizəd məsələsi ilə bağlıdır. Elə Eldar Namazovun son açıqlamasıda buna işarədir. Belə ki, Rüstəm İbrahimbəyovun seçki qərargahının rəhbəri Eldar Namazov bildirdi ki, istənilən halda Milli Şuranın tək namizədi olmalıdır. Hətta qeydiyyatdan belə keçməsədə. Bu isə Müsavat tərəfindən heç bir şəkildə qəbul olunmur. “Rüstəm İbrahimbəyovun namizədliyi təyin olunan müddətdə qeydə alınmasa, belə çıxır ki, Milli Şura seçkiləri boykot xətti götürməlidir. Mən bunu qəbul etmirəm. Çünki Milli Şuranın bəyannaməsinin birinci bəndində dəyişikliyin yalnız seçki yolu ilə edilməsi nəzərdə tutulur. Bu baxımdan biz Milli Şuranın namizədinin qeydə alınması istiqamətində mübarizə aparmaqla vaxt itkisinə yol verə bilərik”.Bunu Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, Milli Şurada Müsavat başqanı İsa Qəmbərin də namizədliyi qüvvədə qalmalıdır.
G. Aslanlı qeyd edib ki, R. İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində İsa Qəmbərin haqlı olduğunu, Müsavat Partiyası daha əvvəl namizəd irəli sürdüyünü və bununla bağlı İsa Qəmbərlə görüşüb ümumi razılığa gələcəyini vurğulayıb: “Lakin onunla İsa Qəmbər arasında heç bir görüş və ya məsləhətləşmə olmayıb. Hətta Rüstəm İbrahimbəyovun özü bildirir ki, Müsavat Partiyası ilə bağlı fikri bu cür olsa da, məsələyə başqa yanaşma da var. Yəni o özü də bildirir ki, kimlərsə onu Müsavat Partiyasının namizədi ilə bağlı mövqeyindən çəkindirib. Bu adamların kim olduğunu dəqiq deyə bilmərəm, amma kimliyindən asılı olmayaraq, hesab edirəm ki, həmin adamlar ən azı seçki texnoloqları deyil. Təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov namizədlə bağlı digər yanaşmanın kimlər tərəfindən təklif edildiyini qeyd etmir. Bütün hallarda mən Müsavat Partiyasının namizəd məsələsinin qüvvədə saxlanmasının tərəfdarıyam və bunu məqbul sayıram”.
Xatırladaq ki, Milli Şuranın sədri və namizədi R. İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə demokratik düşərgədən ikinci namizəd olmamalıdır.
Və beləliklə maraqlı bir detal ortaya çıxır. Bu gün Milli Şurada Rusiya qüvvələri ilə, müsavatçı-elçibəyçi qüvvələri üz-üzə gəlir. Diqqət yetirin Rusiya qüvvələri sırasında Rüstəm İbrahimbəyov, Eldar Namazov, Leyla Yunus kimi simalar son anlarına qədər dirəniş göstərirlər. Müsavat isə bu dirənişi artıq rədd etməyə hazırlaşır. Qəribə xətt tutan isə AXCP-dir. Ekspertlər hesab edir ki, Əli Kərimlinin müsavatçı-elçibəyçi xəttindən kənara çıxması sırf İsa Qəmbərlə arasında illərdi ki, davam edən siyasi rəqabətlə bağlıdır. Əli Kərimli hesab edir ki, Milli Şuradakı bu gərginlik İsa Qəmbərlə siyasi rinqdə son savaşı olmalıdır. Buna görə də İsa Qəmbəri hər addımda hədəfə gətirir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20