Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Mirzoyan "X" hesabında yazıb.
“Söhbət zamanı biz gündəlikdəki məsələlərə, o cümlədən gələcəkdə vətəndaşlara fayda verə biləcək sahələrdə Ermənistan və İran arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunduq”, - deyə Mirzoyan qeyd edib.