Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin ABŞ-dəki yeni səfirinin namizədliyi ilə bağlı açıqlama verməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS yazıb.
KİV izah edib ki, XİN “hüquqi məhdudiyyətlər” səbəbindən Rusiyanın ABŞ-dəki səfiri vəzifəsinə namizədlə bağlı məlumatları açıq şəkildə şərh etmir.
"Moskva namizədlə bağlı çoxdan qərar verib. Artıq bir neçə aydır ki, bu, bir sirr olaraq qalır",- TASS qeyd edib.
Noyabrın 24-də “Kommersant” üç məlumatlı mənbəyə istinadən yazıb ki, Rusiyanın ABŞ-dəkı səfiri vəzifəsinə ən çox ehtimal olunan namizəd Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyevdir.
Qeyd edək ki, ötən ay Rusiya Prezidenti Vladimir Putin Moskvanın ABŞ-dəki səfiri Anatoliy Antonov vəzifəsindən azad edib.
Gülayə Mecid