Qırğızıstanda ərazisi 120 kvadratmetrdən çox olan fərdi yaşayış evlərinə (daşınmaz əmlaka) vergi tətbiq etməyi təklif edirlər. 

"Unikal" xəbər verir ki, parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Daniyar Tolonov xatırladıb ki, mənzilin sahəsi 80 kvadratmetrdən, fərdi yaşayış evinin sahəsi isə 150 kvadratmetrdən çox olarsa, daşınmaz əmlak vergisi ödənilməlidir. 

Təhlillərə görə, hazırda Qırğızıstanda evlərin orta sahəsi 122 kvadratmetrdir.