Azərbaycan əleyhinə böhtan xarakterli yazılar yazan ermənipərəst kanadalı jurnalist Nil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında bildirib.

“Turizm məqsədilə İrəvandan İstanbul hava limanına uçdum. Pasport yoxlamasında mənə dedilər ki "qara siyahı"dayam. Məni 16 saat saxlayıb geri deportasiya etdilər”, - deyə o yazıb.

Qeyd edək ki, Nil Hauer Azərbaycanın işğaldan azad etdiyi Qarabağda guya etnik təmizləmə aparması ilə bağlı iddialarının yer aldığı yazıları ilə tanınır.