Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, ötən gün rayonun Cobankol kənd sakini, 1999 -cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci  təvəllüdlü  Mosul kənd sakini və 2016-cı il təvəllüdlü Qazangül qəsəbə sakini qida zəhərlənməsi ilə Zaqatala rayon xəstəxanasına  daxil olublar. Müayinə zamanı onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla baglı araşdırma aparılır.

Seymur Əli