BƏƏ-də öldürülən israilli ravvin Tzvi Koqanın qatilləri Türkiyədə yaxalanıb.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin təşkil etdiyi gizli əməliyyat nəticəsində Özbəkistan vətəndaşı olan 3 şübhəli ələ keçirilib. və tutulan şübhəlilər BƏƏ-yə təhvil verilib.

Qeyd edək ki, Koqan İsrail və Moldova vətəndaşıdır. O, 2020-ci ilin sonunda İsrail və BƏƏ arasında diplomatik əlaqələr qurduqdan sonra Əbu-Dabidə yaşayıb. Koqanin qatilləri 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Əbdürrəhim və 33 yaşlı Azizbek Kamiloviçdir.