Abbas Abbasov Azərbaycandan imtina etdi
20:49 12-07-2013
İQTİSADİYYAT
Abbas Abbasov Azərbaycandan imtina etdi
O, öləndə geri qayıdacağını bəyan etdi
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin, "Azərros"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov yeni vəzifəyə seçilməsini şərh edib. O deyib ki, bu vəzifədə əsasən miqrantların problemləri ilə məşğul olacaq. Xatırladaq ki, Abbas Abbasov indi həm də Rusiya Xalqları Assambleyası Şurası sədrinin müavinidir. O, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qanunla tənzimlənməli olduğuna diqqət çəkib. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bundan sonra da yüksələn xətt üzrə gedəcəyinə inandığını deyib.
Lakin Abbas Abbasovun bu vəzifəyə təyinatı Azərbaycanın bəzi mətbu orqanlarında birmənalı qarşılanmayıb, bəzi hallarda isə neqativ hal kimi qələmə verilib. Abbas Abbasov barəsində yazılanları belə şərh edib: "Mən Azərbaycanı sevirəm, mənim orada köküm qalıb. Bakıda deyirlər ki, mən İlham Əliyevə basqı edirəm, ancaq bu belə deyil, mən siyasətə qarışmıram. Mən prezidenti dəstəkləyirəm. Bakıdan çoxdan köçmüşəm, bir də öləndə, məni basdırsınlar Bakıda. İcazə versələr, verməsələr, elə burda bir parça torpaq verərlər".Yəqin ki, Abbas Abbasovun bu açıqlaması bəzi mesajların həm də əsasıdır. Belə ki, Abbas Abbasov bildirir ki, bir daha Azərbaycana qayıtmayacaq. Əslində Abbas Abbasov bununla mesaj verir ki, artıq Azərbaycan hakimiyyətindən heç bir halda bağlılığı yoxdur və ona təzyiq etmək sadəcə mümkün deyil. Abbas Abbasov həm də bununla ifadə edir ki, artıq bir il bundan qabaq hakimiyyətlə yollarını ayırıb. O ki, qaldı prezident İlham Əliyevi dəstəkləməsinə, ekspertlər hesab edir ki, buda sadəcə siyasi blefdir. Əgər Azərbaycan hakimiyyəti Rusiya ilə ortaq məxrəcə gələrsə onda Abbas Abbasovda hakimiyyətin yanında olacaq. Yox əgər Rusiyanın şərtləri qəbul olunmazsa, onda Abbas Abbasov Azərbaycana təzyiqlərə başlayacaq. Bir məqama da diqqət edin ki, Abbas Abbasov qısa zaman ərzində demək olar ki, Rusiyada yaşayan azərbaycanlıları tam nəzarətdə saxlamaq rıçaqlarına sahibləndi. Bunu isə ona sadəcə olaraq Rəsmi Kreml Verdi. Çünki öncələr bu işlə tikinti sektorunda çalışsada, Rusiya FSB-in əməkdaşı kimi tanınan Söyün Sadıqov məşğul idi. Amma onun siyasi savadsızlığı prosesləri sona çatdırmağa imkan vermirdi. Bu gün isə Abbas Abbasov kimi fiqur ortadadır və bütün səlahiyyətlər Söyün Sadıqovdan alınaraq ona verilir. Ekspertlər hesab edir ki, Abbas Abbasov miqrantlarla iş sahəsini də nəzarətinə götürməklə Azərbaycan hakimiyyətini qeyri-rəsmi olaraq Rusiyada yaşayan bir milyon azərbaycanlı ilə açıq şəkildə şantaj edə biləcək. "Mən artıq Azərbaycana dönməyəcəyəm"- bəyanatı da ilk xəbərdarlıqdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53