Rüstəm kişini yıxanlar
20:52 12-07-2013
İQTİSADİYYAT
Rüstəm kişini yıxanlar
"Rusiya Federasiyası vətəndaşlığı haqqında" Qanuna görə, vətəndaşlıqdan imtina prosesi 6 ay müddətinə həllini tapır
Onun evini yıxan elə hamıya inanması oldu. Nə arvada qulaq asdı, nə oğlu Qaraşa. Kim dinirdi, ağzından vurdu. Axırda da ətrafındakılar "kolxoz"un malını dağıdıb, yazıq kişinin başına bir yumruq vurub, atdılar gölə. Yaxşı ki sonda işin üstü açıldı və Rüstəm kişinin işi düzəldi. Yoxsa hal-qəziyyə belə olsaydı, kişi camaatın içində biabır olardı.
"Böyük dayaq" filmindəki Rüstəm kişinin həyatı mənə rejissor, son zamanlar isə siyasətçi olmaq eşqinə düşən Rüstəm İbrahimbəyovun həyatını xatırladır. O da kim dinirsə, ağzından vurur. Hətta özü axırıncı dəfə "Azadlıq Radiosu"nun canlı yayımında deyib ki, mənim haqqımda çirkin yazı yazanlardan kim qarşıma çıxsa, ağzından vuracağam. Məsuliyyətini də daşıyacağam.
Hər iki Rüstəm kişinin oxşarlıqları çoxdur. "Kolxoz" sədri Rüstəm kişi də mənəm-mənəm deyib sonda özünü huşsuz vəziyyətdə göldə tapır, Milli Şuranın sədri Rüstəm bəy də mənəm-mənəm deyib camaatı ağzından vurmaqla hədələyir. Sonuc eynidir.
Amma Rüstəm bəyin adaşından ən böyük fərqi yaddaşsız olmasıdır. Bilməyənlər üçün xatırladım ki, R.İbrahimbəyov Rusiya vətəndaşlığından imtina edib Azərbaycandakı seçkilərdə iştirak etmək niyyətindədir.
Bu ilin iyul ayının 4-də Rusiya pasportunu tələm-tələsik təhvil verdiyini açıqlayan dramaturq Rusiya vətəndaşlığından imtina etdiyini bildirdi. Ancaq "Rusiya Federasiyası vətəndaşlığı haqqında" Qanuna görə, vətəndaşlıqdan imtina prosesi 6 ay müddətinə həllini tapır. Yəni kiçik riyazi hesablama qabiliyyətindən istifadə etsək, İbrahimbəyovun bu müddətdə seçkilərdə iştirak şansının olmadığını anlamaq olar.
Daha bir önəmli fakt isə R.İbrahimbəyovun Azərbaycanda yaşamamasıdır. Bu da Azərbaycan Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı ilə İbrahimbəyovun Azərbaycanda bu ilki prezident seçkilərində iştirakını əngəlləyir. Həmin qərara əsasən prezidentliyə namizəd ən azı son 10 il ölkədə yaşamalıdır.
Daha sonrakı fakt isə dramaturqun Bakıda yaşadığı müddət ərzində külli miqdarda vergidən yayınmasıdır. Bununla da onun prezidentliyə namizədliyinin qeydiyyata alınması demək olar ki, mümkünsüzdür.
Bir sözlə, Rüstəm İbrahimbəyovun siyasətə inteqrasiya olunması başdan-ayağa problemdir.
Belə olan halda bəs nəyə görə müxalif düşərgə fədailəri Milli Şuranın və seçkilərin taleyini bu qədər heçə saydılar? 20 ildir siyasətdə olanlar məgər bu sadalanan faktları bilmirdilərmi?
Və ya bu faktları bilə-bilə niyə R.İbrahimbəyovu "kolxoz" sədri Rüstəm kişi kimi qabağa verdilər? Əslində, cavabı axtarılacaq suallar çoxdur, bu suallar da günü-gündən Azərbaycan müxalifətini uçuruma sürükləyir.
Müxalifətin iki vazgeçilməz siması Əli Kərimli və İsa Qəmbərin də bu məsələdə mövqeyi maraqlıdır.
AXCP sədri Əli Kərimlinin çıxışları yaşlı qadınların qeybətini xatırladır. Azərbaycan hakimiyyəti belədir, elədir... Amma nədənsə partiya sədri seçkilərdə R.İbrahimbəyovun şansını qiymətləndirə bilmir. Məgər o, 20 illik siyasi peşəkarlığını işə salıb İbrahimbəyovun seçkidə hansı uğur qazanacağını hesablaya bilmirmi? Yenə cavabsız qalan suallar və səmimi səslənməyən çıxışlar. Görünən odur ki, Rüstəm bəyin pulları Kərimlini susmağa vadar edir.
Müsavat başqanı İsa Qəmbər isə bu məsələdə güzəştə getmək istəmir.
Müsavat başqanının seçkilərin taleyini Rüstəm kişinin ümidinə buraxmaması daha məntiqli addım idi və o özü də belə etdi. Ancaq görünən odur ki, bütün bu fikir ayrılıqları, konkretliyin olmaması sonda Milli Şuranı da fiaskoya aparacaq.
"Ermənilərsiz Bakı öz görkəmini itirib" ifadəsini səsləndirən bir adamın öz xislətinə qalib gələ bilməməsi və Azərbaycan müxalifətində olan "böyük dayaq"ları arxasına almasının yalnız bir məqsədi ola bilər.
Əslində nə Rüstəm kişi, nə də onun "böyük dayaq"ları Milli Şuranı seçkilərdə qalib etmək üçün deyil, seçkilərin legitimliyini şübhə altına almaq üçün yaradıblar.
Yəni məqsəd seçkiləri boykot etməyə yönəlib. Bu oyun isə heç də Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmək üçün planlaşdırılmayıb.
Məqsədlər və səbəblər bu qədər açıqdırsa o zaman cənabların bu qədər hay-küyünü anlamaq üçün ekspert olmağa ehtiyac yoxdur.
Dayağınızın möhkəm olması arzusu ilə...
Ağalar
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20