Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşan müxalif qüvvələr Hələb və İdlib vilayətlərindən sonra Həma şəhərinə nəzarəti tam ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” kanalı məlumat yayıb.

***19:05

Suriyada silahlı qrupların Bəşər Əsəd rejiminə qarşı irəliləməsi davam edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət Hələbi tam nəzarətə götürdükdən sonra şəhərdən çəkildiyini elan edən Suriya ordusu xeyli itki verib.

Hələbdən sonra müxaliflər İdlibi də ələ keçirib. Hələbdən 60 kilometr aralıda yerləşən İdlib Türkiyənin Hatay şəhəri ilə həmsərhəddir. 

***14:35

Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.

"Unikal" xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.

***13:18

Suriya müxalifəti 2016-cı ildən bəri ilk dəfə Hələb ətrafına çıxışı elan edib.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, müxalif silahlı qruplar sosial şəbəkələrdə hökumət qüvvələrinə müraciət edərək təslim olmağa çağırışlar dərc ediblər. Nəşrin məlumatına görə, sakinlər döyüş əməliyyatlarının aparıldığı bölgələrdən qaçır, Suriya ordusu isə hücumu dayandıra bilmir. 

Bundan əvvəl “Al Mayadeen” telekanalı yaraqlıların Suriyanın Hələbin qərb məhəllələrinin 40%-ni ələ keçirdiyi barədə məlumat vermişdi.