Ukraynanın “Maydanı”nın ssenarisi Gürcüstanda təkrarlanmayacaq.

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Gürcüstanda heç bir Milli Maydan olmayacaq " - deyə o, brifinqdə bildirib.

Kobaxidze həmçinin bildirib ki, son dörd il ərzində Gürcüstan inqilabi ssenari üzrə xaricdən planlaşdırılmış iki cəhddən keçib və uğursuzluğa düçar olub.