Gürcüstan prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS yazır.

"Mən sizin prezident olaraq qalıram, qanuni parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir", - Zurabişvili televiziya ilə çıxışında deyib.