Noyabrın 27-də ilk dəfə Suriyada üsyançılar hücuma başlayıb. Azad Suriya Ordusu və “Həyat Təhrir əş-Şam” nəzarət zonasını genişləndirərək Hələbin mərkəzi hissəsini ələ keçirə bilib. Onlar hazırda şəhərin qərb rayonlarının 40%-dən çoxuna nəzarət edirlər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yaraqlılar irəliləyişlərini təsdiqləyən foto və videoları sosial şəbəkələrdə aktiv şəkildə paylaşırlar. Görüntülərə əsasən, üsyançıların ağır texnikası yoxdur (ələ keçirə bildikləri zirehli maşınlar istisna olmaqla), onlar dronlardan və atıcı silahlardan istifadə edir, ətrafa getmək üçün pikaplardan istifadə edirlər.

Üsyançılar artıq qubernatorun malikanəsini, bir neçə hökumət binasını və polis məntəqələrini ələ keçiriblər. Onlar məhbusları həbsxanalardan azad edir, sonuncular isə silahlılara fəal qoşulurlar. Üsyançılar Suriya prezidenti Bəşər Əsədin mərhum qardaşı Bəzil Əsədin atlı heykəli də daxil olmaqla abidələri dağıdıblar. Onlar Suriya ordusunun bayraqlarını cırıb ölkə liderinin portretlərini tapdalayırlar, hökumət binalarına müxalifətin yaşıl bayraqları asıblar. Şəhərin küçələrində yanmış maşınlarının yanında güllələnmiş insanların meyitləri yer alır. 

Suriya ordusu üsyançılarla qarşılaşmağa hazırlaşır. Ordu şəhəri hökumətin nəzarətinə qaytaracağına söz verərək hava zərbələri endirir. Hələb ölkə üçün önəmlidir. Çünki Hələb Suriya sənayesinin 50%-ni təşkil edir.

Gülayə Mecid