Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin yeni mədəniyyət naziri Ruslan Çernetskiyə qəribə şəkildə xəbərdarlıq edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, belarus lideri yeni nazirə mədəniyyət sahəsində nizam-intizam yartmağı tapşırıb.
“Bir kişi kimi demək istəyirəm ki, sənin, Ruslan, başqa yolun yoxdur. Ya ölməlisən, ya da bu sahəni düzəltməlisən”, - deyə Lukaşenko bildirib.
O əlavə edib ki, belarusluları istedadlı və “film çəkməyə, mahnı oxumağa və rəqs etməyə” qadir hesab edir və nazirliyə lazımi dəstək göstəriləcək.
Bundan əvvəl Lukaşenko Belarus kinosunda baş verənləri biabırçılıq adlandırmışdı. Belarus lideri əlavə olaraq qeyd edib ki, kino ən vacib sənət növüdür.