Rusiyanın döyüş meydanında artan hərbi xərclərinə qarşı çıxmaq üçün gələn il Ukraynanın müttəfiqlərindən təxminən 126 milyard dollar hərbi yardıma ehtiyacı olacaq.

"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

"Ukraynalı məmurlardan biri deyib ki, təkcə gələn il Kiyevə Rusiyanın artan hərbi xərclərini kompensasiya etmək üçün təxminən 120 milyard avroya, yəni 126 milyard dollar ekvivalentinə hərbi yardım lazımdır", - KİV-də qeyd olunub. 

Bundan əlavə, ABŞ Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir paket silah göndərməyə hazırlaşır.