Dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik İldırım Rasim Əli oğlunun məhkəməsi təxirə salınıb.

"Unikal"ın məlumatına görə, o, səhhətində yaranan narahatlığa görə xəstəxanaya yerləşdirilib. 

Bu səbəbdən Rasim İldırım məhkəməyə gəlməyib və iclas təxirə düşüb.

Qeyd edək ki, Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Rasim İldırım Xətainin sabiq prokuroru, “Əmrah Bank”ın təsisçisi Yusif İldırımzadənin qardaşıdır.

Seymur Əli