Anqolanın qərbindəki Bengela əyaləti ABŞ prezidenti Co Baydenin səfəri zamanı dəfn mərasimlərini qadağan edib.

"Unikal" xəbər verir ki, bu barədə yerli “Novo Jornal” nəşri məlumat yayıb.

"Bengelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək", - deyə nəşrin məlumatında bildirilir.

Katumbela və Luonqo bələdiyyələrində dekabrın 4-də keçirilməsi planlaşdırılan dəfn mərasiminin dekabrın 5-nə təxirə salınacağı dəqiqləşib.