Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalda üz-üzə gələcək komandalar bəlli olub.
"Unikal" xəbər verir ki, bu mərhələyə vəsiqə əldə edən son kollektiv MOİK-i 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” olub.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri:
“Səbail” – “Qarabağ”
“Araz-Naxçıvan” – “Zirə”
“Kəpəz” – “Neftçi”
“Sabah” – “Sumqayıt”
Qeyd edək ki, bu raundun ilk oyunları fevralın 5-i və 6-da, cavab görüşləri isə 27-i və 28-də təşkil olunacaq.